Xəbər lenti

Bu ilin I rübü ərzində Azərbaycanda əhali tərəfindən 1 278,3 mln. kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8% çox təbii qaz istehlak edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onun 33,4%-i Bakı şəhəri, 4,4%-i Naxçıvan Muxtar Respublikası, 17,7%-i Aran, 13,2%-i Gəncə-Qazax, 9%-i Abşeron, 6,7%-i Lənkəran, 5,3%-i Şəki-Zaqatala, 5,2%-i Quba-Xaçmaz, 2,8 %-i Dağlıq Şirvan, 2,3%-i isə Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşüb.

Qeyd olunub ki, cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2017-ci ilin yanvar-mart aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 6 762,3 mln. kubmetr təşkil edib. Ehtiyatların 69,8%-i (4,7 mlrd. kubmetr) hasilatın, 25,4%-i ( 1,7 mlrd. kubmetr) qalığın, 4,8%-i (326 mln. kubmetr) isə idxalın hesabına formalaşıb. Təbii qazın 47%-i istehlak, 34,9%-i ixrac olunub, 6,4%-i itkiyə gedib, 11,7%-i isə aprel ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,7%-i istehsal ehtiyaclarına sərf edilib, 40,3%-i isə əhaliyə satılıb.

2017-ci ilin yanvar-mart aylarında 2 357,2 mln. kubmetr və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2% faiz çox təbii qaz ixrac edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 116          Tarix: 22-05-2017, 12:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma