Xəbər lenti

Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən şəxs Qazaxıstanda tutulub.

Bu barədə APA-ya Xaçmaz Rayon Polis Şöbəsindən bildirilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 2016-cı il iyunun 16-da Xaçmaz şəhərində yaşayan İlqar Məmmədovu qətlə yetirməkdə təqsirləndirilən Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Rüstəmov Vüsal Arif oğlunun Rusiyaya, oradan da Qazaxıstana qaçması müəyyən edilib.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə V. Rüstəmov Qazaxıstanda tutularaq Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Qeyd edək ki, 2016-cı il yunun 16-da Xaçmaz şəhərində yaşayan İlqar Məmmədovun meyiti evinin həyətində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədovu qarət məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Qalib Kərimov hadisədən dərhal sonra tutulub. V. Rüstəmov isə ölkədən qaçıb.

İ. Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olurmuş.

 




Ana səhifəyə qayıt        Baxış: 1 160          Tarix: 30-05-2017, 12:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma