Xəbər lenti

"Ukrayna müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan təxminən 2 milyard dollar dəyərində qaz alışını təmin etməyə hazırdır".

Oxu.Az "Ukrinform"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Əlavə qaz həcmlərini Yunanıstandan da ala bilərik. Digər ölkələrlə, o cümlədən də Azərbaycanla razılaşmalar var" , - deyə o vurğulayıb.

Zelenskinin sözlərinə görə, ən çətin vəziyyətdə Ukrayna 2 milyard dollar məbləğində qazı təmin etməyə hazır olmalıdır: "Norveç tranşın bir hissəsini - 100 milyon dollar həcmində qrant verəcək və yanvar ayında əlavə tranş ayıracaq".

Ukrayna lideri, həmçinin ABŞ-dən mayeləşdirilmiş təbii qaz təchizatı ilə bağlı razılaşmaların olduğunu bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 877          Tarix: Bu gün, 19:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma