Xəbər lenti

Bu həftə Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio arasında gözlənilən görüş hələlik təxirə salınıb.

Oxu.Az xəbər verir ki, bu barədəCNN telekanalı Ağ Ev nümayəndəsinə istinadla məlumat yayıb.

Bildirilir ki, görüşün təxirə salınması səbəbi açıqlanmır.

Mənbənin sözlərinə görə, Lavrovla Rubionun Ukraynada hərbi münaqişənin başa çatması ilə əlaqədar fərqli gözləntiləri var.

Bildirilir ki, danışıqların təxirə salınması səbəbindən ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin tezliklə görüşmək ümidləri puç ola bilər.

Məlumatda qeyd edilib ki, Rusiya xarici işlər naziri və ABŞ Dövlət katibi bu həftə yenidən danışa bilərlər.

Oktyabrın 16-da Rusiya və ABŞ prezidentləri arasında telefon söhbəti olub. Söhbət təxminən iki saat davam edib. Danışıqların yekunlarına görə, onlar bu il ikinci dəfə görüş keçirməyə razılaşıblar. Görüşün tarixi açıqlanmasa da, onun Budapeştdə keçiriləcəyi təsdiqlənib.

Oktyabrın 20-də Kreml Macarıstandakı sammitə hərtərəfli hazırlığın başlanğıcını elan edib. Həmin günün axşamı Sergey Lavrov və Marko Rubio telefonla danışıblar.




Ana səhifəyə qayıt        Baxış: 35          Tarix: Bu gün, 10:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma