Xəbər lenti

Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakiminin katibi həbs edilib. 

Uzun illər məhkəmə iclas katibi işləmiş Elman Məlikov artıq Kürdəxanı həbsxanasına göndərilib. 


O, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə eyni kamerada saxlanılır.


Əldə edilən ilkin məlumata görə, E.Məlikov Bakı Ağır Cinayətlər Məhkəməsinin başqa hakimi Faiq Qəniyevin icraatında baxılan ölüm işi ilə bağlı tərəflərdən birindən işi həll edəcəyini vəd verərək külli miqdarda pul alıb. Lakin işi həll etmədiyindən onun əməlinin üstü açılıb. 

 

Məsələdən xəbər tutan Ə.Abbasov və məhkəmə rəhbəri onu dərhal işdən azad edib. 


Həbsindən bir müddət əvvəl E.Məlikov Criminal.az saytına barəsində yayılan xəbərləri qarayaxma adlandırmışdı: 


"19 il məhkəmədə qüsursuz işləmişəm. Məhkəmədən isə öz istəyimlə ayrılıb başqa işə keçmişəm". \\Criminal.az




Ana səhifəyə qayıt        Baxış: 333          Tarix: 5-09-2019, 21:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma