Xəbər lenti

                        

           

                                           (Esse)

                                   PROLOQ ƏVƏZİ 

  

    

1991-ci il. Vətənimizin  şərəfli, lakin ağır illərindən biri. Qırmızı imperiyaya-  onun  silahlı qüvvələrinə  güvənən  bədnam erməni silahlı birləşmələri Azərbaycan üzərinə müxtəlif istiqamətlərdən, o cümlədən  Naxçıvanın Sədərək qəsəbəsi   istiqamətindən də hücuma keçdilər. Xalqımız bir nəfər kimi ayağa qalxdı. Qanlı döyüşlər başladı. Sədərəkdə Miltəpə uğrunda gedən döyüşlər tarixə qızıl hərflərlə yazıldı. Təpədən dırnağa kimi silahlanmış azğın düşmən böyük itkilər verərək geri oturduldu; Sədərək, həmçinin Naxşıvan alınmaz qalaya çevrildi. Onlarla şəhid verdik,onlarla igidlərimiz ağır yaralandı. O ağır yaralananlar içərisində Əbdül Məmmədov da vardı. 

  Əbdül Məmmədov  nə az,nə də  çox düz iyirmi beş il  çarpayı dustağı oldu.  Yarası ona  nə qədər əzab versə də o sinmadı, bundan qürurlandı,”Vətən sağ olsun” dedi. 

     İşə bax, düz iyirmi beş ildən sonra, daha dəqiq desək, 2016-cı ilin aprel ayının 4-də  ermənilər yenidən təxribat   törətdilər. Bu təxribatın qarşısının alınmasıda  yüzlərlə igid əsgərlərimiz kimi  Əbdül Məmmədovun oğlu  Rasim   Məmmədov da iştirak etdi. Gərgin döyüşlərdə  Rasim Məmmədov  düşmən gülləsinə tuş gəldi,şəhid oldu. Şəhidlərimizin sırasına bir şəhid əlavə olundu... Rasim  Məmmədov. 

    Oğlunun ölümündən 24 gün sonra isə Əbdül  Məmmədov  dünyasını dəyişdi. 

  O dünyada ruhları birləşdi. Bu dünyada ayrı düşən ruhları. Yəqin ki, ata  öz oğlunu bağrına basanda bu sözləri  dedi:”Vətən sağ olsun!” Oğlu da  atasını intizarda saxlamadı,”Vətən sağ olsun “deyib başını onun sinəsinə qoydu... 

 

   Bu yazını  vətənin azadlığı  uğrunda çarpışan, şəhid  olan ata-oğula-Əbdül Məmmədov və Rasim Məmmədovun əziz xatirələrinə  ithaf edirəm.     

       

    Şəhidliyin tarixi  yüz illərlə,min illərlə ölçülmür; ta dünya bina olandan  şəhidlik mövcud olub. Ta dünya bina olandan  insan haqq-ədalət axtarıb ,onun yolunda canından keçib;şəhid olub... 

  Bu dünyada arzusuna çatmasa da ,o dünyada əbədi olaraq haqqa,ədalətə qovuşub... 

   Allah –taala  şəhidləri yaratdıqlarının ən qiymətlisi kimi seçib və sevib .  

Sevilib və seçilənlərdir şəhidlər... 

Haqqa tapınanlardır, ədalət,azadlıq uğrunda ölümü sevgi ilə bağrına basanlardır  şəhidlər. Kim ki, hansı toplum ki, kölə olmaq istəməyib bu yolu seçib... Şəhidlik yolunu! 

   Musa peyğəmbər öz qövmünü- İsrail övladlarını  misirlilərin zülmündən xilas etmək üçün hansı yolu seçdi? Hansı?  Şəhidlik yolunu- İsrail övladlarının ürəyindən  köləliyi çıxarmaq yolunu...Bunun üçün  qırx il onları  səhralarda  dolandırdı; İsrail övladlarının ürəklərindəki köləlik qorxusu zərrə-zərrə əridi, yerini haqdan gələn azadlıq duyğusu doldurdu...Haqqın,ədalətin,azadlığın nə olduğunu bildilər onlar ... Qıqx illik əzab-əziyyət,mənəvi dəyişilmə öz bar-bəhrəsini verdi-toplum  köləliyin  “büllur” badəsini  sərt daşlara çırpdı. Tikə-tikə oldu o badə. Köləlik zəhəri ilə dolu olan  o “büllur” badə bir də o topluma yaxın düşə bilməz! Çünki onlar azadlığın dadını əsl mənada daddılar,bəhrəsini gördülər, köləliyin necə bir rəzillik olduğunu anladılar... 

    ... Ulu babalarımız da  haqq,ədalətə tapınıblar həmişə. Köləliklə barışa bilməyiblər.Öz haqsevərliyi ,azadlıq aşiqliyi ilə seçiliblər... Bunlar bir uydurma deyil:tarixə həkk olan bir həqiqətdir. Bu həqiqəti heç  kim,heç bir toplum,heç bir millət,heç bir xalq dana bilməz...Buna cəhd edənlər iflasa uğrayacaqlar... 

 

   Kim dana bilər  ucu-bucağı bilinməyən  dövlətlər quran hunları?Kim dana bilər Osmanlı  türklərinin  qurduğu böyük xanədanı? Kim dana bilər  Teymurləngin, Xətainin yaratdıqları səltənətləri? Onlar şəhidlər verə-verə  o böyük dövlətləri  qurdular,dünyaya örnək olan türk mədəniyyətini yaratdılar... 

   Şəhidlər azaldıqca  o böyük dövlətlər  də sarsıldılar. 

    Şəhidlər azaldıqca  Azərbaycan Səfəvi Dövləti də əvvəlki güc-qüdrətini itirməyə başladı. Güc-qüdrətini itirdikcə  torpaqları da yadlar tərəfindən qamarlanıb yağmalandı... 

   O dövlətin varisi olan olan Azərbaycan da iki yerə bölündü-Şimali Azərbaycana və Cənubi Azərbaycana... 

   Şimali Azərbaycan  bu qarışıq zamanda özünü itirmədi; iyirmi əsrin ikinci on olliyində şəhidlər verdi. İgidlərimiz vətən uğrunda,haqq-ədalət uğrunda,azadlıq uğrunda canlarından keçdilər; iki yerə bölünmüş vətən torpağı    imperiya zəncirindən qopdu. 

  Bu qopma uzun çəkmədi, üçrəngli bayrağımız  ürəklərə  endirildi, vətənin  qollarına yenə də  zəncir vuruldu.Köləlik zənciri. 

   Yetmiş il xalqım  o zənciri  qollarında gəzdirdi. 

   Amma ürəyindəki azadlıq eşqi sönmədi. Və yenidən şəhid verdi,ayaqlarındakı qandalı,qollarındakı zənciri qırıb atdı... Xalqım öz istəyinə çatdı. Yetmiş il ürəyində qoruyub saxladığı  istəyinə.Azadlığa təşnə olan istəyinə. 

   İndi ölkəmin adı qüdrətli ölkələr sırasında çəkilir. 

  Amma onun torpaqlarına  göz dikənlər də var.Bunlar erməni vandallarıdır;iyirmi faiz torpağımızı işğal edən,bir milyondan artıq  insanı yurd-yuvasından didərgin salan, Xocalı faciəsini  - soyqırımını törədən erməni faşistləridir. 

                               EPİLOQ ƏVƏZİ 


  Qəbriniz nurla dolsun, Əbdül bəy,Rasim bəy! Vətən uğrunda ,haqq-ədalət uğrunda ,azadlıq uğrunda siz şəhid oldunuz. Düşmənə  meydan oxudunuz... 

   Biz çox səbir elədik.Çox.Düşündük ki, düşmən öz səhvini başa düşər, daşı ətəyindən tökər,haqq yoluna qayıdar.Amma bunun əksini gördük;  o getdikcə azğınlaşır,iştahı artır, yeni təxribatlar törədir... Çanaq azğın düşmənin öz  başında çatlayacaq.Çünki mübarizəmiz  haqq mübarizəsidir. 

    Haqqınsa qolları bükülməz! 

     Əmin olun,sizin, eləcə də bütün şəhidlərimizin  qanı yerdə qamayacaq. Yox,qalmayacaq. Qalmayacaq!!! 

    Bunu bizə gələcək nəsillər bağışlamaz.Heç vaxt bağışlamaz.Son  qarışına  kimi torpaqlarımız geri alınacaq.  Bu müqəddəs  mübarizədə şəhid olmağa hazırıq. Bunu təkcə mən demirəm,bütün  xalqım deyir. 

    O gün uzaqda deyil. Buna əmin olun.  Qarabağda azadlıq günəşi doğacaq. Üçrəngli bayrağımız təkcə  Xankəndində deyil, Zəngəzurda, Mehridə, Göyçədə, Gümrüdə...dalğalanacaq.Qədim torpaqlarımız da erməni işğalından azad olacaq. 

   Eşq olsun  gələcək şəhidlərimizə! 

   Amin!   

12.03.2017.


  Bayram İSGƏNDƏRLİ




Ana səhifəyə qayıt        Baxış: 1 241          Tarix: 6-04-2017, 12:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma