Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
"2016-cı ilin aprel ayında Azərbaycan Ordusu erməni təxribatının qarşısını alaraq və uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri azad etdi. Dördgünlük şiddətli döyüşlərdə düşmən canlı qüvvədə və hərbi texnikada çoxlu sayda itkilər verərək geri çəkildi. Cəbhə və döyüş bölgəsində əməliyyat şəraiti tam olaraq Azərbaycan Ordusunun nəzarətinə keçdi".
"Report" xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə bildirib.
O, xüsusi olaraq qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı Silahlı Qüvvələrin Ali Baş Komandanının orduda həyata keçirdiyi islahatlar nəticəsində mümkün olub:
"Döyüşlərdən bir neçə gün sonra Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentin cəbhəboyu kəndlərə səfər etməsi, əhali ilə görüşməsi, dağıdılmış evlərin bərpası istiqamətində verilən tapşırıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının hərbi hospitalda olaraq yaralı əsgərlərlə və onların valideynləri ilə görüşməsi və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin şəhid olmuş hərbi qulluqçuların ailələrinə göstərdiyi dəstək Silahlı Qüvvələrin şəxsi heyəti arasında böyük ruh yüksəkliyi yaradıb".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar