Xəbər lenti
 
 
Rusiya Suriya hava sahəsində qarşı-qarşıya gəlməmək məqsədiylə ABŞ-la bağladığı hava təhlükəsizliyi sazişini ləğv etdi”.
Ovqat.com xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Nazirliyin yaydığı bəyanatda ABŞ-ın Suriyadakı aerobazaya hücumu “beynəlxalq terrorizmlə mübarizə aparan bir ölkəyə diş göstərmək” kimi qiymətləndirilib.
Qeyd edək ki, ötən il Rusiya və ABŞ iki ölkənin təyyarələrinin Suriya hava sahəsində kəllə-kəlləyə gəlməsinin qarşısını almaq məqsədiylə saziş imzalamışdılar. Sazişə görə, tərəflər həyata keçirdikləri uçuşlar barədə bir-birini məlumatlandıracaq və beləcə, üz-üzə gəlmək ehtimalı sıfıra endiriləcəkdi.
ABŞ-ın bu gecə sabaha yaxın Rusiyanı xəbərdar etmədən Suriya hərbi hava bazasını vurması imzalanan bu sazişin tələblərini heçə saydığından Moskva bu addımı atmalı olub. Rusiya Federasiya Şurası Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Viktor Ozerovun sözlərindən belə anlaşılır.
Ozerov məsələylə bağlı açıqlamasında deyib:
"Rusiya, Suriyada ABŞ ilə əməkdaşlığını kəsməli olacaq”.
Onun sözlərinə görə, ABŞ-ın bu hücumu ABŞ və Rusiya əsgərləri arasındakı əməkdaşlığa ciddi maneə törədir.

 “Çünki hücumdan əvvəl Rusiya hökuməti məlumatlandırılmadı. ABŞ-ın Xüms rayonuna hücumu Amerikan-Rusiya əlaqələrinin inkişafına xidmət etmir”- Ozerov belə deyib.


Ana səhifəyə qayıt        Baxış: 1 164          Tarix: 7-04-2017, 18:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma