Xəbər lenti

 

"Haqqımda cinayət işinin açılmasını eşidəndə bir zarafat olduğunu zənn etdim. Bu hadisə gülüncdur”.

Ovqat.com xəbər verir ki, Nyu-York Cənub Bölgəsi Baş prokuroru əvəzi Jun H. Kim İstanbul Respublika Prokurorluğu tərəfindən haqqında açılan cinayət işini şərh edərkən, belə deyib.

Kimin sözlərinə görə, İstanbul Baş Prokurluğunun bu addımı səhv anlaşılmaqdan qaynaqlana bilər: “Haqqımda cinayət işinin açılmasını buradakı sistemi bilməməkdən, tanımamaqdan və məlumat əskikliyindən qaynaqlandığını zənn edirəm. Buradakı sistemdə qanunun aliliyi əsasdır. Biz vəzifə məsuliyyətini ən üst səviyyədə daşıyan şəxslərlə birlikdə çalışırıq və Türkiyənin daxili siyasətinə yox, Amerikanın hüquq sisteminə qulluq edirik. "

Jun H. Kim keçirdiyi mətbuat konfransında bir jurnalistin sualını cavablandırarkən onu da qeyd edib ki, bu mövzuda söyləyəcək çox sözü yoxdur: "Açığı, bu ittiham Preet Bharara və mənim Rza Zarraf haqqında yürüttüğümüz istintaqdan qaynaqlanır. ABŞ Ədliyyə Nazirliyinə, məhkəmələrə və mənin ofisimə gülənçilərin sızdığını iddia edirlər. Bunlar gülünc ittihamlardır".

Çıxışında Rza Zarrab məsələsinə də aydınlıq gətirən prokuror iddianamədə şübhəlilərin çox ciddi ittihamlarla qarşı-qarşıya olduqlarını deyib:

“Zarraf iddiasının şübhəliləriylə bağlı çox ciddi ittihamlar var. Müttəhimlər bank sistemindən istifadə edərək İranla yüz milyonlarla dollarlıq əməliyyatlar həyata keçirməkdə şübhəli bilinirlər. Həm də İrana tətbiq olunan embarqonun dəldiklərini bildikləri halda. İttiham aktında bank sektorunda fırıldaqçılıqdan tutmuş, qara pulların təmizlənməsinə qədər bir çox iddialar yer alır. Bu iddialar bir ölkənin milli təhlükəsizliyi üçün çox ağır ittihamlardır”.




Ana səhifəyə qayıt        Baxış: 1 031          Tarix: 22-11-2017, 10:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma