Xəbər lenti

 

Bu ay Aşıq Ələsgərin təvəllüdü ilə bağlı yeni qalmaqalla başladı. Qalmaqalın əsasını fevral ayının 4-də (2018) Qərbi Azərbaycan türklərinin öz ata-baba yurdlarından qovulması ilə əlaqədar “Tural” şadlıq evində keçirilən tədbirdə çıxış edən Sabutay Hacıyev adlı bir vətəndaş qoydu. O, çıxışında əlindəki bir sənədin tədqiqatçı, Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədlinin üzə çıxartdığı faktları təkzib etdiyini bildirmişdi. Rusiya Dövlət Arxivinə aid olduğu iddia edilən həmin “sənəd”də Aşıq Ələsgərin 1821-ci ildə dünyaya gəldiyi irəli sürülürdü. Tədqiqatçı Nazir Əhmədli isə qələmə aldığı “Haqq-nahaq seçilər haqq divanında” kitabında bu təvəllüd tarixini 1852-ci il olaraq göstərmişdi.

 Sabutay Hacıyevin ortaya qoyduğu həmin sənədin saxta olduğunu, fotoşopla düzəldildiyini irəli sürən Nazir Əhmədov oxucularında şübhə yeri qalmasın deyə, öz fikirlərini təsdiqləmək üçün Rusiya Federasiyasının Dövlət Arxivinin direktoru L.A.Roqovoyaya sorğu göndərmişdi.

(Bax: Aşıq Ələsgərin yaşı ilə bağlı məsələ beynəlxalq müstəviyə keçir)

Tədqiqatçı Nazir Əhmədlinin Ovqat.com-a verdiyi məlumata görə, artıq həmin sorğuya cavab verilib və Sabutay Hacıyevin “sənəd”inin saxta olduğu təsdiqlənib.

Tədiqatçı tərəfindən redaksiyamıza göndərilən həmin məktubun tərcüməsini təqdim edirik:

  

 

“Rusiya Federasiysının Dövlət Arxivi

19 fevral 2018.           №1385-T

Nazir Surxay oğlu Əhmədliyə

Hörmətli cənab Əhmədli!

Sizin sorğunuza cavab olaraq bildiririk ki, İnternetdə http://musavat.com/news/asiq-elesger-haqda-kitabdaki-saxtakarliqlara-qarsi-sened-ortaya-qoyuldu-fotofakt_503316.html  ünvanında yerləşdirilən “sənəd” Rusiya Federasiyası Dövlət Arxivinin məlumat məktubu deyil.

Rusiya Dövlət Arxivi məlumat məktublarının formulyarında sorğunun nömrəsi, sorğu verənin soyadı, adı və atasının adı göstərilir (yuxarıdakı “sənəddə” bu elementlər yoxdur). Həm də məlumat xarakterli məktublarda Rusiya Federasiyasının gerbinin təsviri olan dairəvi möhür vurulmur. Göstərilən saytda yerləşdirilən “sənədin” o cür tərtib edilməsi arxivimizin blanklarının tərtibatına uyğun deyildir. Rusiya Dövlət Arxivi direktorunun imzasının şəklini, eləcə də arxivin simvollarını “sənədi” tərtib edənlər çox güman ki, Rusiya Federsiyası Dövlət Arxivinin rəsmi saytından götürmüşlər.

Rusiya Federasiyası Dövlət Arxivinin öz adından danışmaq səlahiyyəti və hüququ vermədiyi hər hansı fiziki və hüquqi şəxs tərəfindən informasiya vasitələrində yerləşdirilən və onların düzgünlüyünü təsdiq edən rekvizitlərin olmadığı “sənəd”də verilən məlumatlar  həqiqətə uyğun deyildir.

Məlumat üçün bildiririk ki, “Rusiyada yaşayan azərbaycanlıların milli-mədəniyyət Mərkəzinin prezidenti M.Sadıqovanın Aşıq Ələskər (Ələskər Alməmməd oğlu) haqqında hansısa məlumatın olub-olmaması haqqındakı sorğusuna axtarışlarını davam etdirmələrini tövsiyyə etməklə mənfi cavab verilmişdir.

Qoşma: Rusiya Federasiyası Dövlət Arxivinin 9690-T nömrəli, 30 avqust 2017-ci il tarixli məlumat məktubu.

Hörmətlə,

Arxivin direktoru L.A.Roqovaya. (İmza)”.

 

Rusiyada yaşayan azərbaycanlıların milli-mədəniyyət Mərkəzinin sorğusuna verilən cavab məktubunda isə arxiv rəhbərliyi M.Sadıqovaya yazır:

 

“Rusiya Federasiyası Dövlət Arxivi

30 avqust 2017.  N9690-T

Hörmətli xanım Sadıqova!

Sizin sorğunuza cavab olaraq bildiririk ki, Rusiya Federasiysı Dövlət Arxivinin elektron bazasında və elmi-məlumtlar sorğu aparatında, o cümlədən Rusiya İmperiyası Daxili işlər Nazirliyi polis Departamentində Aşıq Ələskər (Ələskər Alməmməd oğlu) haqqında heç bir məlumat aşkar edilməmişdir. Bildiririk ki, İrəvan quberniyası Novobəyzid qəzası üzrə sizi maraqlandıran siyahıyaalmalar haqqındakı sənədlər yerli idarəetmə orqanlarında və təşkilati strukturlarda qala bilər. Onların yerini aşkar etmək üçün Ermənistan Respublikası 0033, Yerevan şəhəri, Qr.Koçar 5/2 ünvanda yerləşən Ermənistan Milli Arxivinə müraciət etməyinizi tövsiyyə edirik. Həm də bildiririk ki, nümayəndəniz arxivimizin oxu zallarında tədqiqat apara və İnternetdə yerləşən məlumat-axtarış sistemindən istifadə edə bilərlər (http://statearchive.ru/383).

Hörmətlə, arxivin direktoru L.A.Roqovaya (İmza)”.

 




Ana səhifəyə qayıt        Baxış: 2 432          Tarix: 22-02-2018, 03:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma