Xəbər lenti

  

 

Şimal və şərq cəbhəsi tamamilə Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusunun əlinə keçən Afrin mərkəzinə hərbi əməliyyat dərhal başlamayacaq.

“Hürriyyət”-in Türk mətbuatına istinadən verdiyi məlumata görə, bu şəhərin alınmasında da bir müddət əvvəl Cinderesdə tətbiq olunan taktikaya əl atılacaq.

Sözügedən taktika dörd bir tərəfdən mühasirəyə almaq və mülki vətəndaşlara şəhəri tərk etmələri üçün keçid dəhlizi açılması prinsipinə əsaslanır. Əhalinin şəhərdən çıxması təmin olunduqdan sonra Afrinə dörd bir tərəfdən hücuma keçiləcək.

 Hazırda iki coğrafi cəhətdə şəhər ətrafındakı təpəlikləri alan Türkiyə ordusu bundan sonra cənub və qərb cinahındakı Türəndə ve Cüdeydə yüksəkliyi üzərində də nəzarəti təmin etməyə çalışacaq.

Qeyd edək ki, Türk ordusu hələlik Afrinin şimal və şərq cəbhələrindəki Qaratəpə və Halidiyyə məntəqələrini ələ keçirib. Rayon ətrafındakı strateji Cəbəl Əhmənin də (Əhmə dağı) alınmasının ardından terrorçuların hər tərəfdən blokadaya düşəcəyi bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 3 169          Tarix: 11-03-2018, 09:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma