Xəbər lenti
20-10-2018, 21:53

                               

24 sentyabr 2018-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tələbələrə ödənişsiz dərsliklərin təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib.

Ovqat.com institutun Məbuat Xidmətinə istinadən xəbər verir ki, Aİİ rektoru Ceyhun Məmmədov tələbələri salamlayaraq bütün sahələrdə olduğu kimi ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edib.

 

Məlumata görə, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu, Aİİ-də dövlətimizin qayğı və təminatı ilə hər cür şəraitin yaradıldığını, təhsilin ödənişsiz əsaslarla təşkil edildiyini, bütün dərs vəsaitlərinin pulsuz verildiyini diqqətə çatdıran rektor tələbələrin dərs vəsaiti ilə təmin olunmasını birbaşa cənab Prezidentin göstərişi əsasında həyata keçirildiyini vurğulayıb. Aİİ-nin, nəinki ölkəmizdə, hətta bütün dünyada seçilən ali təhsil müəssisəsinə çevrilməyi qarşısına məqsəd qoyduğunu bildirən rektor bununla bağlı tələbələrin üzərinə düşən böyük məsuliyyəti xatırladıb. C.Məmmədov dövlət tərəfindən göstərilən etimadı doğrultmaq üçün tələbələri dərslərdə aktiv olmağa, dil bilgilərinə yiyələnməyə, institutun ictimai həyatında fəallıq göstərməyə, İslamın mahiyyətini, dinin əsaslarını, milli adət-ənənələrimizi, böyük dövlətçilik irsimizi dərindən öyrənməyə çağırıb. C.Məmmədov bildirib ki, şəffaf, modern, qabaqcıl seçim meyarları ilə formalaşdırılan insitututda dünya standartları ilə ayaqlaşan yüksək təhsilin verilməsi nəzərdə tutulub.

 

Sonra Aİİ rəhbərliyi tərəfindən institutun I-IV kurs tələbələrinə İslam tarixi, İslam məzhəbləri tarixi, İslam əxlaqı, Əqaid, Təsəvvüf, Azərbaycanda multikulturalizmin əsasları, Fars dili, İngilis dili fənlərindən dərsliklər təqdim edilib. Bildirilib ki, digər fənlər üzrə də kitabların verilməsi ən yaxın günlərdə təmin olunacaq.

         Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm, informatika və digər s. sosial, humanitar elmlərin tədris olunacağı institutda müxtəlif ölkələrin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanılması nəzərdə tutulub.




Ana səhifəyə qayıt        Baxış: 83          Tarix: 24-09-2018, 18:22      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent