Xəbər lenti

 

 

 Eldar Sabiroğlu

 

Nə işdirsə, Türkiyə haqda fikirləşdiyim zaman romantikanın əsirinə çevrilirəm. Tahirə müllımədən səbəbini soruşarkən dedi ki, tək sən belə deyilsən. Bu ruh, bu sevgi qələm sahiblərinin çoxuna məxsusdur. Bu dəfə şəxsinə və səmimiyyətinə son dərəcə hörmət bəslədiyim, böyük dövlət adamı və bənzərsiz siyasi xadim, 15 iyun dövlət cevrilişinə cəhd zamanı əsl mətinlik  nümayiş etdirən, Türkiyə və Ərdoğan üçün yuxusuz gecələr keçirən sadiq əqidə dostu və son döyüşə hazır dayanan cəsur türk əsgəri Binəli Yıldırımın ölkəmizə səfəri, xüsusən Azərbaycan dilində şirin-şəkər çıxışı məni daha da duyğulandırdı.

  Axı, doğrudan,  Türkiyəni necə sevməmək olar?  Mümkünmü? Yox, bir də yox!  Ürəkdən, qandan qopan tükənməz bir sevgidir, Azərbaycan türkünün qəlbində özünə  yuva salan əvəzsiz bir varlıqdır, yıxılmayan bir divardı Türkiyə! İçimdəki yenilməz, əzəmətli sütundu Türkiyə! Hörən belə hörüb. Yazan belə yazıb. 

   Yadıma gəlir, lap  körpəlikdən dədəm Xəlil kişi əllərimdən tutub məni quyumuzun başına aparar və Ağrını göstərib deyərdi ki, o dağ bizimkidir. Uşaq  zehniyyətilə dünyagörmüş dədəmdən soruşardım, ora da Zəngibasarındı? Dədəm gülə-gülə söylərdi,- qonşu rayondu oğlum. Zəngibasar İrəvana bitişik bir türk əyaləti idi. İlin isti aylarında Ağrıdan əsən sərin meh kəndimizə qədər gəlib çatardı və nəfəsimizi təntiməyə qoymazdı.

     Quyumuzun başından Ağrıya tez-tez baxardım. Dədəm artıq rəhmətlik olmuşdu. Bəzən mənə elə gəlirdi ki, qollarımı uzatsam, bir-birinə söykək dayanan başıqarlı - qoşazirvəli Ağrını qucaqlaya biləcəm. Gəncliyimin qaynar günləri o doğma yurdlarda keçib. Düz 31 il. Erməni- rus siyasəti nəticəsində ötən yüzilliyin əvvəllərindən başlayaraq qədim türk torpaqları boşaldılırdı. Millətimiz 20-ci əsrdə dörd dəfə bu faciəni yaşamalı olub.

İlk deportasiya 1905-ci ildə rus imperiyasının təşviqi ilə başlayıb. Bu barədə böyük yazıçımız Məmməd Səid Ordubadi öz məşhur “1905-ci ildə” təfsilatı ilə qələmə aldığından üzərində çox dayanmaq istəmirəm.

İkinci bənzər hadisə 1918-ci ildə, yəni ilk faciəmizdən cəmi 13 il sonra baş verib. Düz 100 il əvvəl İrəvan, Zəngibasar, Vedibasar mahallarına çar Rusiyası tərəfindən silahlandırılmış erməni dəstələrinin  hücumları böyük qaçqın axınına səbəb olub, ölümdən canını qurtarmaq üçün  yerli əhali Araz cayını keçərək Türkiyə və İrana üz tutub. Bir hissə də Naxçıvan quberniyasına pənah gətirib. Kəndlər viran edilib, yüzlərlə soydaşımız qətlə yetirilib. Deyilənlərə görə, o zaman Araz nəhri daha gur gəlirmiş. Elə ailələr olub ki, əl-ələ verib çayı keçmək istərkən Arazın sularına qərq olublar. Boş qalmış kəndlərə İrandan, Suriyadan, Yunanıstandan, hətta İraqdan rus vaqonları ilə ermənilər daşınıb.

Üçüncü deportasiya 1948-53-cü illəri əhatə edir ki, həmin vaxt da 500 minə yaxın azərbaycanlı öz dədə-baba yurdlarından məhz SSRİ dövlətinin hazırladığı plan əsasında çıxarılaraq Azərbaycanın müxtəlif rayonlarına səpələnmişlər. Aran bölgələrinin təbii iqliminə və yerli şəraitinə uyğunlaşmayan xeyli sayda məcburi köçkün vaxtsız  dünyalarını dəyişmişlər.

Son deportasiya isə 1988- ci ildə başladı. Rus əsgərlərinin köməyinə arxalanan quduzlaşmış erməni silahlı dəstələri  kəndlərə hücum çəkərək türkləri ata ocağından didərgin saldılar. 300-ə yaxın günahsız soydaşımız qətlə yetirildi. Qonşu Qaraqışlaq kəndindən Müşfiq adlı bir gənci tikanlı məftillərlə  dəmir boruya sarıyaraq yanmış vəziyyətdə 57 siqaret kötüyünü bədəninin müxtəlif yerlərinə basaraq öldürmüşlər. Hətta siqaret kötüyü ilə Müşfiqin dilini və gözünün gilələrini də yandırmışlar. Bizi türk deyə qırırdılar. Bu cür vəhşiliyi, vandalizmi dünyanın hec bir tarix kitabında tapmaq mümkün deyil. Pəmbək mahalında isə iri dəmir borunun içərisinə qoca, cavan, uşaq, 7 hamilə qadın da daxil 64 talesiz insanı doldurub, hər iki tərəfdən borunu lehimləyərək diri-diri torpaga quyulamışlar.

    Faciələrimizi saymaqla bitməz. Qardaş Türkiyənin qorxusu olmasaydı, kökümüzü tamamilə kəsərdilər. Bu qədər haqsızlıqların və cinayətlərin qarşılığında ədalətsiz dünyanın bir kəlməlik səsini belə eşitmədik. Sonuncu didərgin soydaşlarımızın bir hissəsi Dağlıq Qarabağda yerləşsə də,  sonradan sapı özümüzdən olan baltaların vasitəsilə Sov. İKP Mərkəzi Komitəsinin əmri əsasında oradan çıxarıldılar. Ardı hər kəsə məlumdur. Halbuki,  antiazərbaycan  siyasətinə qarşı möhkəm dirəniş göstərilsəydi, vəziyyət tamam başqa cür olardı. Dövrün Azərbaycan rəhbərliyində milli təpər çatmadığına görə torpaqlarımızın işğalı üçün əlverişli zəmin yarandı. Moskvadan hansı göstəriş gəlirdisə, maymaq Vəzirov  icra etmək üçün dəridən-qabıqdan çıxırdı...

   Artıq 30 ildir bu il, ya gələn il düşməni İsa bulağında keçirdikləri toy-bayrama həsrət qoyub doğma torpaqlarımıza dönəcəyimizlə təskinlik tapırıq. Münaqişənin dinc vasitələrlə həlli limiti demək olar ki, tükənib. Daha açığı, sülh variantı meydanı tərk edərək müharibənin önünü açıb. Ermənistanın yeni rəhbərliyinin qeyri-xarizmatik  düşüncə tərzi ilə yanaşı, Qarabağ məsələsində yürütdüyü siyasətin əvvəlkilərdən heç nə ilə fərqlənmədiyini gözardı etmək yəqin ki, çətin olmaz.  Ter-Petrosyandan üzü bəri hər bir erməni rəhbəri üçün Laçın da daxil, Dağlıq Qarabağ faktoru dəyişilməzdir. Müharibəsiz Qarabağ yoxdur. Bəlkə yol var, mən anlamıram. Bilən varsa, anlatmasını rica edərdim. Ən azından "təkrar təxribata" və təkrar düşmən dəyirmanına su tökməyə  yol açmamaq üçün "ağıl" vermənizə ehtiyac duyuram.  Türkə patoloyi nifrəti ilə alışıb-yanan ermənidən iynənin ucu boyda   səmimiyyət gözləmək özünü aldatmaq kimi bir şeydir. Erməni anası doğduğu körpənin qulağına xəstəxanadaca “sənin düşmənin  türkdür” deyə pıçıldayır. Orada “azərbaycanlı” kəlməsi yox idi. Əslində millətimizin əsl adı ilə çağırardılar. Nənəm Leylan arvadın və babam Xəlil kişinin bizə yadigar qalan sənədlərində də milliyyətləri türk kimi yazılmışdır. Qardaş Türkiyədə isə bizi azəri adlandırırlar. Əslində azəri deyilən millət yoxdur. Stalin türklüyü parçalamaq üçün bu məkrli siyasətə əl atmışdır. Biz Azərbaycan türkləriyik və ölkədəki digər millət və xalqlarla bərabərhüquqlar əsasında birlikdə yaşayırıq. Talış, ləzgi, kürd, türk, avar, tat qardaşlığı Azərbaycanın ən böyük sərvətidir. Ayrıseçkilik salan ən böyük düşmənimizdir.

  Şahidi oldugum bir hadisəni  danışmaq istərdim. İrəvanda "Sovet Ermənistanı" respublika qəzetində calışırdım. Partiya və sovet quruculuğu şöbəsinə təsdiq olunmaq üçün sənədlərim  Mərkəzi Komitəyə göndərilmişdi. Bu şöbə aparıcı şöbə olduğundan büronun nomenklaturasına daxil idi. Məni büroya çağırdılar.  Karen Dəmirçyan MK-nın birinci katibi idi.  Əslən Leninakan tərəfdən olan bu adam qarabağlılarla  heç düz gəlmirdi. Klanlararası mübarizənin bünövrəsi  məhz onun vaxtında qoyulmuş, getdikcə də kəskin xarekter almışdır. Türk düşmənçiliyi Dəmirçiyan üçün xüsusi əhəmiyyət kəsb edirdi.        

Nəhayət, növbəm çatdı və məni içəri apardılar. Başladı mənimlə məzələnməyə. Sonda dedi ki, "turki dğa, qaroğes aşğades." Yəni türkün oğlu, işləyə bilərsənmi? Ürəyimdə söyməkdən başqa çarəm qalmamışdı...

O zaman çox gənc idim, 24-25 yaşında olardım. Erməniyə də faşistdən betər baxırdım. Onlar türkə münasibət məsələsində bir-birlərindən qəti seçilməzdilər. Ancaq  Azərbaycanda bəzi "ürəyigeniş" adamlar xalqın günahının olmadığını bu gün də israrla hayqırırlar.

 Ermənini tanımaq gərəkdir, tanımaq...

Apardığım araşdırma zamanı  1937-ci il Stalin represiyası üzrə plan da Ermənistan türklərinin hesabına yerinə yetirilmişdir. Ümumiyyətlə, erməninin düzəlməsi müşkül məsələdir. Dünyanın böyük mütəfəkkirlərinin qənaətlərinə görə də, ermənin yaranışından dürüst əməl sahibi olmadığı və bu torpaqlara haradan gəldikləri bilinməyən naməlum bir etnik tayfa olduqları çox qabarıq göstərilir. Uzağa getməyib elə özlərinə istinad edək. Manuk Abeğyan 1975- ci ildə çapdan çıxan "Erməni ədəbiyyatı tarixi" əsərində qeyd edir: "Erməni xalqının əsl adı nədir, necə və nə vaxt, haradan və hansı yollarla buraya gəlib. Bizim əlmizdə bunları sübuta yetirən aydın və dəqiq dəlillər yoxdur".

İrəvanda Qarabağ mitinqlərinin birində iştirak etdiyi bilinən müəllifin oğlu, ultra-millətçi, rəssam, SSRİ xalq deputatı İgidyanın fitvası ilə opera meydanında qətlə yetirilir.

Kerop Patkanyan isə belə deyir : "Ermənilər həmişə yaşadıqları yerlərin yaramaz sahibləri  olublar, öz yaxınlarını sataraq həmişə güclü qonşularına məharətlə qulluq ediblər” . Bu fikirlərin 1875 - ci ildə qələmə alınmasına baxmayaraq, bu günün özündə  reallığını qoruyub saxlayır.

Şopenə görə isə, əxlaqi baxımdan ermənilər heç də xoşa gələn imic sahibi olmamışlar: “Hiyləgərlik onların əsas fərqləndirici xüsusiyyətləridir. Yaltaqdırlar, sədaqətli deyillər və artıq onlara lazım olmayan adamı çox asanlıqla yaddan çıxarırlar”.

Məhşur Engls isə erməni qadınının namussuz və fahişə olduğunu  irəli sürür və yeniyetmə erməni qızlarının bakirəliklərindən erkən və həvəslə imtina etdiklərini qeyd edərək bildirir ki, yer üzündə  ərinə xəyanətdə erməni qadınının tayı-bərabəri yoxdur.

Alman səyyahı Alfred Karte "Anadolu eskizləri" əsərində yazır:

"Bu əyalətlərdə xalqı  yaxşı tanımağa başlayan hər bir kəs türkləri sevməyi, onlara hörmətlə yanaşmağı   və ermənilərə nifrət etməyi öyrənir. Əgər Anadoluda sizi aldadan olubsa, deməli erməniyə tuş gəlibsiniz".

Əlavə tarixi mənbələrə müraciət etməyə gərək yoxdur. Erməninin satqın, xəyanətlar  namərd olduğunu dünya bilsə də,  etiraf etmir. Bu etirafları yalnız  tarixi mənbələrdən öyrənə bilirik.




Ana səhifəyə qayıt        Baxış: 513          Tarix: 24-09-2018, 19:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma