Xəbər lenti

 

Nə az, nə çox. Düz 9 il. İki, üç, dörd deyil axı. Deyəsən ki, gəlib tez də gedər. 9 ildi...Günə vuranda 3285 gün edir. Saatla 197100 saat eləyir. Bu qədər ayrılıqmı olar, Allahım! Səbr ver ki, dözə bilək, Rüfətin azadlığının, sağ-salamat körpəsinə qovuşcağı anların sevincini yaşaya bilək! Ulu Yaradan, Səndən özgə diləyim yoxdur. Yaxınlıqdayıq, yenə yollar uzaq kimi görünur mənə. Binədəki 9 saylı zindandadır Rüfət. Bəzən yolu bir az da qısaltmaq üçün Binə qəsəbəsində ev kirayəliyib orada yaşamaq istəyirəm.Onda nəfəslərimiz bir-birinə yaxınlaşar, yuxularda tez-tez görüşüb olub keşənlərdən şirin-şirin danışardıq. Bu acıları təkcə biz yaşamadıq. Çoxdu sayları, oğlum! Bəlkə beləsi yaxşıymış. Sağ səsini eşdirik. Allah göstərməsin, elə olardı ki, ömrü-billah yanıb külə dönərdik. Dünyagörüşlü, vətənsevər, şəxsinə böyük hörmət etdiyim dostlardan biri ilə söhbət zamanı Rüfəti soruşdu. Dedim dərdimizlə bərabər hələki yaşayıq. Bu dərd deyil,- deyə müdrik bir kəlam söylədi:" Dərdini danışma, dərdimi danışaram, dərdin gedər." Bu söz məni tutdu, o gün, bu gün yadımdan çıxmır. Həmin an hardansa Rüfətlə bağlı bir epizodu xatırlamalı oldum. Hökm oxundu, Rüfətlə iki-üç dəqiqəliyə görüşdük. Barmağındakı üzüyü çıxarıb vəkili, yaxın dostu Bəhruza verdi və dedi ki, anam ziyarətdən qayıdanda ona çatdırarsan. Sonra əlini cibinə salıb pul çıxardı. İki 50 manatlıq idi. 50-ni özünə götürdü, 50-də yaxın əqrabalardan birinə verdi və gülə-gülə qaqaş, yol maşını ilə gedəcəksiniz, uzaq yoldu lazım olar. Bizim müstəntiq belə müstəntiqdir.

ELDAR SABİROĞLU




Ana səhifəyə qayıt        Baxış: 965          Tarix: 15-09-2018, 21:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma