Xəbər lenti

  

“Suriyalıları, rusları və ya iranlıları hər hansı bir şeylə təhdid etmək tam bir axmaqlıqdır. Onların əlində bizdən çox daha çox kart var".

Ovqat.com xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş Müdafiə naziri Çak Hagel Donald Tramp hakimiyyətinin Suriya siyasətini şərh edərkən deyib.

Amerikanın “Defenseone” qəzetinə verdiyi açıqlamasında sabiq nazir ölkəsinin Suriyanın yarısına belə nəzarət etmədiyini bildirərək deyib: "Suriyanın Şimal-şərq cəbhəsində 2 min əsgərləriniz var. 2 min Amerikan əsgəri ilə iranlıları Suriyadan çıxara bilməzsiniz ".

 Ağ Evin Milli Təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun, İranın Suriyadakı hərbi varlığını davam etdirdiyi müddətcə ABŞ-ın regiondan getməyəcəyinə dair ifadələrinə də toxunan Hagel oppenentinə əməlli-başlı coğrafiya dərsi keçib:

“İranlılar orada yaşayır. ABŞ isə Yaxın Şərqdə deyil. Bu geosiyasi həqiqəti yox edəcək bir şey edəcəksinizsə, bol şanslar, Cənab Bolton! Bunun başqa yolu yoxdur. Bu ölkələrin ortaq maraqlarına əsaslanan bir çarə tapacaqsınız".

 ABŞ-ın İran, Rusiya və bölgədəki digər güclü aktyorların iştirakı olmadan Suriyada sabitlik yarada bilməyəcəyini bildirən Hagel fikrini ritorik sualla davam etdirib:

"İrana qarşı çəkinizi necə ortaya qoyacaqsınız? Bəzi ölkələrdən Patriotları çəkərək və bu sahələrə heç diqqət yetirməyib, yalnız “sizə sanksiya tətbiq edəcəyik” şəklində zorakılıq edərəkmı?”




Ana səhifəyə qayıt        Baxış: 1 062          Tarix: 5-10-2018, 09:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma