Xəbər lenti

  

 “Suriyanın şimal-qərb bölgəsində davam etməkdə olan Türkiyə hücumu bölgədə İŞİD-ə qarşı mübarizəni bölgədə hala gətirir və sahədəki ABŞ qüvvələrini riskə atır".

Ovqat.com xəbər verir ki, bu sözləri ABŞ Milli Təhlükəsizlik Agentliyinin direktoru Daniel Koats Senatda hesabat çıxışı zamanı bildirib.

Senatın Kəşfiyyat komitəsində keçirilən "Dünyadakı təhdidlər" mövzulu konfransdakı hesabatında İran məsələsinə də toxunan direktor bu ölkənin terroru dəstəkləyən əsas güc olmağa davam edəcəyini, xüsusilə İraq, Suriya və Yəməndə həmin təşəbbüsü göstərəcəyini  proqnozlaşdırıb:

 "İran bölgədəki təsirini artırmağın yollarını arayacaq. İŞİD-ə qarşı mübarizədən istifadə edəcək və döyüş sahəsindəki qazanclarını təhlükəsizlik və iqtisadi müqavilələrdə öz xeyrinə çevirməyə çalışacaq".

Koats, həmçinin, İranın ABŞ-ı təhdid edən hərbi inkişafını artıracağına inandığını bildirərək, onun Yaxın Şərqdə "ən geniş" balistik raket gücünə malik ölkə olduğunu vurğulayıb.

 O, ABŞ üçün əsas təhülkəni Rusiyadan gözlədiklərini və Kremlin 2016-cı ildə olduğu kimi, bu il də ABŞ seçkilərinə müdaxilə edə biləcəyini deyib: “Heç şübhəmiz yoxdur ki, Rusiya keçmişdəki fəaliyyətinin çox uğurlu olduğu qənaətindədirlər və 2018 ara seçkilərində də mümkün təhdid kimi qarşımıza çıxa bilər".

Çıxışında Suriya məsələsinə də toxunan Koats bu ölkə müxalifətinin artıq Bəşər Əsədi devirəcək gücünü itirdiyini, ancaq qarşıdakı bir il ərzində münaqişəni davam etdirmək qabiliyyətdə olduğunu deyib.




Ana səhifəyə qayıt        Baxış: 535          Tarix: 14-02-2018, 02:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma