Xəbər lenti
 
"Kürdlər “Kərkük yalnız kürd şəhəridir” demirlər. Kərkük bu şəhərdə yaşayan bütün etniklərin şəhəridir”.
Ovqat.com xəbər verir ki, İraq Kürd Muxtariyyətinin baş naziri Nəçirvan Bərzani Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Kərküklə bağlı fikrininə münasibət bildirərkən belə deyib.
Xatırladaq ki, Ərdoğan Ərbilə müraciətlə "Kərkük türkmən şəhəridir. Türkiyə “Kərkük kürdlərindir” cəfəngiyatına əsla inanmayacaqdır... Dərhal o bayraqlarınızı endirin. Yalnız İraq milli bayrağıyla yola davam edin. Yoxsa indi gəldiyiniz nöqtədən, qüsura baxmayın, geri addım atmağa məcbur qalarsınız." - demişdi.
Türkiyə liderinin bu sözlərinə münasibət bildirən Bərzaniyə görə isə, Kərkükdə Kürdüstan bayrağı həmişə vardı: “Məncə, mövzu həddindən artıq şişirdilir". 
Dünən İraq baş naziri Heydər İbadi də bənzər fikirlər dilə gətirmiş və Kərkükdə 10 ildən artıqdır ki, kürd bayrağının asıldığını bildirmişdi.
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 1 413          Tarix: 6-04-2017, 00:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma