Xəbər lenti
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
Dünən, 14:10
Dünən, 12:14
Dünən, 10:57
9-12-2024, 23:30
9-12-2024, 21:49
9-12-2024, 21:00
9-12-2024, 20:00
9-12-2024, 19:00
“Kərkükdə asılan Kürdüstan bayrağına görə heç kim İraqın daxili işlərinə qarışa bilməz”.
Ovqat.com xəbər verir ki, bu sözləri İraqın baş naziri Heydər İbadi deyib.
Dünən axşam İraqın Nazirlər Kabinetində mətbuat konfransı keçirən Heydər İbadinin dediyinə görə, “Kürdüstan” bayrağı düz, 10 ildir ki, həmin yerdə dalğalanır, bu məsələnin birdən-birə gündəmə gətirilməsi xeyrə əlamət deyil və İŞİD-ə qarşı mübarizədə İraq xalqının həmrəyliyini pozmağa xidmət edir.
O, öz çıxışında Kərkük yerli rəhbərliyinə və Məclisinə səslənərək, bildirib:
"İŞİD-lə mübarizə dövründə şəhərdə yaşayanların bir-biriylə sıx münasibət qurması lazımkən, bunu niyə edirsiniz? Kərkükün yerli rəhbərliyinin qərarları konstitusiya maddələrinə uyğun gəlməli və fərdi xarakter daşımamalıdır. Mən onları şəhərin birliyini mühafizə etməyə çağırıram".
İbadi həmçinin Kərkük sakinlərini həmrəyliyə, bu qərardan kürdlər və digərlərinin mənfəəti üçün imtina etməyə çağırıb.
Baş nazirin fikrincə, bəzi qonşu dövlətlər yaranmış bu gərgin vəziyyətdən faydalanmaq niyyətindədirlər, amma rəsmi Bağdad buna imkan verməyəcək:
"İraqın daxili işlərinə xaricdən müdaxilə edilməsinə icazə verməyəcəyik. Daxili anlaşılmazlıqların həlli üçün bütün tərəflərin əməkdaşlıq etməsi lazımdır."
İbadinin “qonşu dövlətlər” deyərkən, Türkiyəni nəzərdə tutduğu güman olunur. Nədən ki, Türkiyə prezidenti ötən gün bayraq böhranıyla əlaqədar Ərbilə səslənərək demişdi: “Bu səhvdən bir an əvvəl geri qayıdın. Dərhal o bayrağı endirin, yoxsa, əvəzi ağır olacaq".
Bəhs etdiyimiz çıxışının Ərdoğanın xəbərdarlığından cəmi bir neçə saat sonra gəlməsi də sözün ünvanlandığı yeri göstərir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar