Xəbər lenti
7-03-2019, 22:48

 Sabir bankir Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ku, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyev sərbəst ifadə verib.

Sabiq bankir ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyib. Hacıyev ittihamı şou adlandırıb.


Dövlət ittihamçılarının şou göstərdiyini deyən C.Hacıyevə cavab gecikməyib. Prokurorlar sabiq bankirə etiraz edib və bundan sonra hakim Hacıyevdən ittihamın mahiyyəti üzrə danışmasını tələb edib.

Sözünə davam edən Cahangir Hacıyev ələ keçirdiyi deyilən 4.7 milyard haqda danışıb.

O deyib ki, heç Azərbaycanın büdcəsində bu qədər pul yoxdur.

"Bu məbləğ Azərbaycan Mərkəzi Bankının valyuta vəsaitlərinə bərabərdir. Azərbaycan Beynəlxalq Bankının "Moskva" filialının aktivləri 2 milyona yaxın olub. Bəs mən 4.7 milyard manatı necə mənimsəmişəm? Dövlət ittihamçıları cinayət işini oxumayıblar. Onlar ancaq ittiham hissəsi ilə tanış olublar"- deyən sabiq bankir həmin məbləğin özü və ailə üzvləri tərəfindən mənimsənilmədiyini deyib.

Hacıyev bu ittihamın sübuta yetirilməsini məhkəmədən xahiş edib: "Xahiş edirəm ki, göstərin, görək, pullar mənim və ailə üzvlərimin hesabına necə köçürülüb? Həmin pullarla şəxsi əmlak almışam? Biz dövlət təşkilatı olmamışıq. Bankın rəhbəri olduğum dövrdə dövlətin payı 50.2 faiz idi".

O qeyd edib ki, bankın rəhbəri işlədiyi zaman müavini Emin Mustafayevin şikayəti əsasında barəsində cinayət işi açılıb və həbs edilib.

Məhkəmədə fasilə elan edilib.

Zərərçəkmiş qismində Beynəlxalq Bankla yanaşı, "Aqrokredit" bank və Vergilər Nazirliyi tanınıb.

Həbs edilənlərdən biri C.Hacıyevin dostu, hazırda həbsdə olan Dünyamin Xəlilovdur. İsmayıl Hidayətzadə təqsirləndirilən şəxsdir. O, C.Hacıyevin bacanağıdır və “İntertabakko” Zaqatala tütün emalı zavodunun direktoru vəzifəsində işləyib.

Hidayətzadə “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və 5 il cəza alıb.

Digər şəxslər isə Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qaffarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Mariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovdur.

Onlar barəsində mənimsənmə ittihamı irəli sürülüb.

Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

İlkin Muradov
Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 161          Tarix: 7-02-2019, 15:51      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar