Xəbər lenti

 

“Beynəlxalq Bank”ın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin vəkilləri cəzalandırılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, noyabrın 22-də saat 18:00-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin toplantısı keçirilib.

Rəyasət Heyəti üzvlərinin qərarı ilə C. Hacıyevin vəkillərindən biri Fəxrəddin Mehdiyevin fəaliyyəti 1 illik müddətə dayandırılıb. Sabiq bankirin digər vəkili Aqil Layıcova isə töhmət verilib.

Onlar müvəkkillərinin müsahibəsini mətbuata çıxarmaqda ittiham ediliblər. Hər iki vəkil toplantıda iştirak etməyib.

Qeyd edək ki, C.Hacıyev mənimsəmədə təqsirləndirilərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumat üçün bildiririk ki, C.Hacıyev həmin müsahibəni Ovqat.com-a vermiş və saytımız da Baş Prokurorluq tərəfindən xəbərdarlıq almışdı. Halbuki, istənilən mətbu orqanın istənilən vətəndaşdan müsahibə alması ən adi peşə borcudur və Cahangir Hacıyev məhkum olsa da, vətəndaşlıq hüququndan məhrum edilməyib. Azərbaycan hüquq sistemi isə hətta Stalin represiyalarında təsadüf olunmayan üsullarla insanları susdurmağa çalışır. Bunun ən bariz örnəyi də Cahangir Hacıyevə bir müsahibə üçün verilən cəzadır.

Hüquq sistemi bununla da kifayətlənməyib, məhkumun yeganə görüşə bildiyi vəkilləri də cəzalandırmaq yolunu tutdu. Azərbaycan hüquq tarixinə düşəcək bu hadisə üçün dərin təəssüf hissi keçiririk.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 144          Tarix: 22-01-2018, 20:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma