Xəbər lenti

 

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 18 740 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 95% və yaxud, təxminən, 2 dəfə çoxdur.

Son bir ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 68,3% artaraq 101 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 2 dəfə artaraq 16 965 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 62,9% artaraq 1 593 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 24,6% artaraq 81 ədəd olub. 




Ana səhifəyə qayıt        Baxış: 269          Tarix: 16-07-2019, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma