Xəbər lenti

 Nazirlər Kabineti M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusunun verilməsi haqqında” 2017-ci il 16 avqust tarixli qərara dəyişiklik edib.

Report-un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən, noyabrın 1-dən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusu verilib.

Qeyd edək ki, əvvəlki qərarda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusunun gələn ilin əvvəlində - 2018-ci ilin 1 yanvarında verilməsi əksini tapmışdı.




Ana səhifəyə qayıt        Baxış: 964          Tarix: 23-11-2017, 09:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma