Xəbər lenti

 Lənkəranda bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Havzava kəndində qeydə alınıb.

Bu gün günorta saatlarında Girdəni çayının Havzava kəndindən keçən hissəsində çayın məcrasını dəyişmək üçün ərazidə işləyən ekskavatorda nasazlıq yaranıb. Həmin nasazlığı aradan qaldırmağa çalışan sürücü - 1959-cu il təvəllüdlü Adıgözəl Lətif oğlu Bəyverdiyevin üzərinə ekskavatorun çalov hissəsi düşüb. A. Bəyverdiyev hadisə yerində dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 380          Tarix: 23-07-2018, 18:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma