Xəbər lenti

 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

“Report”un xəbərinə görə, BŞİH-də müraciətə baxılıb və mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.

Mitinq təşkilatçılarına bildirilib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinin III hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında dinc toplantılarının keçirilməsi qadağan edilir.

“Sizin təklif etdiyiniz sayda insanın metropolitenin “Nəriman Nərimanov” stansiyasının qarşısındakı parkda toplanması ictimai təhlükəsizliyin təmin edilməsi baxımından çətinlik yaradar. Eyni zamanda Bakı Şəhər Baş Polis İdarəsindən Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan məktuba əsasən, Sizin mitinq keçirilməsi üçün qeyd etdiyiniz ərazilərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışları yaxınlığında olması toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problemlər yaradacağı, həmin ərazilərdəki ticarət, ictimai-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneələr törədəcəyindən göstərilən yerlərdə mitinqin keçirilməsi insanların təhlükəsizliyinin təmin edilməsində çətinliklərin yaranmasına səbəb olacaq” – qeyd olunub.




Ana səhifəyə qayıt        Baxış: 387          Tarix: 16-10-2019, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma