Xəbər lenti


Ermənilər indi də öz hərbi-strateji talelərini Hindistanda keçirilən parlament seçkilərinə bağlayıblar.

 

Ovqat.com-un məlumatına görə, ingiliscə yayımlanan MassisPost.com-un dərc etdiyi analitik yazısından belə anlaşılır.

 

Qeyd edək ki, Hindistanda aprelin 19-da təxminən 970 milyon seçicinin iştirakı ilə başlayan dünyanın ən böyük parlament seçkilərinin nəticələri iyunun 4-də biləcək. Nəşrin iddiasına inansaq, Hindistanın Cənubi Qafqazda xarici siyasət istiqaməti, xüsusilə Ermənistana hərbi yardım göstərməsi məhz bu seçkilərin nəticələrindən asılı olacaq.

 

Nəşr xatırladır ki, Hindistanın hazırkı Baş naziri Narendra Modi üçüncü müddətə mübarizə aparır. O, Hindistan siyasətində Milli Demokratik Alyansa rəhbərlik edən mədəni sağçı Hindistan partiyası olan Bhartiya Janata Partiyasından (BJP) namizədliyini verib. BJP-nin xarici siyasətdə “strateji muxtariyyət”ə inandığını bildirən müəllif əmindir ki, Modi bir çox səbəblərə görə Ermənistanı və Yunanıstanı dəstəkləyə bilər. Ən əsası ona görə ki, Modi Türkiyə və Azərbaycanın güclü müttəfiqi olan Pakistana dünya miqyasında Hindistan əleyhinə hər hansı hərəkətinə layiqli cavab vermək niyyətindədir: “Modinin rəhbərliyi altında Hindistan Ermənistanı Azərbaycanın “təcavüz”ündən qorumaq üçün onu silahlandırmaqda kömək etmək barədə qərar qəbul edib... Modi Pakistanın dünyanın müxtəlif bölgələrində hərbi güc kimi böyümək cəhdlərinə qarşı çıxmaq üçün bir sıra tədbirlər görür və Ermənistanı silahlandırmaq da onlardan biridir”.

 

Daha sonra Modinin rəhbərlik etdiyi BJP-in rəqibi olan Hindistan Milli Konqresi (INC) barədə məlumat verən müəllif xatırladır ki, 1885-ci ildə qurulan bu təşkilat yarandığı gündən bəri Türkiyə ilə sıx əlaqə saxlayıb. 

 

“Britaniya müstəmləkəçiliyi zamanı INC “Xilafət Hərəkatı”nı, Osmanlı xəlifəsininin başlatdığı panislamizmi dəstəkləməkdə mühüm rol oynasa da, məqsədlərinə çata bilmədi. Hindistanın dini zəmində parçalanmasına yol açan “iki millət nəzəriyyəsini” dəstəkləyən müsəlmanlar indiyə qədər Hindistanın regional rəqibi və dünyada Ermənistanı tanımayan yeganə ölkə olan Pakistana yaxındır.  Odur ki, INC qalib gəlsə və BJP uduzsa, Hindistanın Cənubi Qafqaz xarici siyasəti tamamən fərqli olacaq. 


Modinin rəhbərlik etdiyi Hindistanın Ermənistana verdiyi güclü dəstək ya azala və ya da tamamilə sonlana bilər. Lakin Modi üçüncü müddətə seçilərsə, vəziyyət kəskin şəkildə fərqlənəcək. Ermənistan məsuliyyətli nüvə dövləti olan Hindistandan güclü dəstək alacaq. Cənubi Qafqazda sülhü qorumaq üçün BJP böyük səs çoxluğu əldə edərsə, Hindistan hətta Ermənistana dəstəyini artıracaq. Ona görə də möhtəşəm Hindistan seçkiləri erməni xarici siyasət mütəxəssisləri və həvəskarlarının diqqətlə öyrənməlidir”, - məqalədə bildirilir.


 




Ana səhifəyə qayıt        Baxış: 5 864          Tarix: 8-05-2024, 23:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma