Xəbər lenti

 

Ötən ay Azərbaycandan Gürcüstana 2 mln. dollar həcmində pul köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının yaydığı məlumatda bildirilib.

Azərbaycanın qonşu ölkəyə daxil olan ümumi pul köçürmələrindəki payı 1,34 %-ə bərabər olub.

İllik müqayisədə Azərbaycandan Gürcüstana göndərilən pul vəsaitlərinin həcmi 28% artıb.

Sentyabr ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 149,8 mln. dollar pul daxil olub. Bu həcm ötən ilin analoji göstəricisindən 18,3 mln. dollar və ya 13,9% çoxdur.

Gürcüstandan xarici ölkələrə köçürülən pul kütləsinin həcmi isə 6,5% artaraq 20,5 mln. dollara bərabər olub. 




Ana səhifəyə qayıt        Baxış: 217          Tarix: 15-10-2019, 12:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma