Xəbər lenti

 

Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2017-ci il noyabrın 1-nə 21 mlrd. 449,6 mln. manat, təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,237 mlrd. manat və ya 6,6% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda sentyabr ayı ilə müqayisədə 2017-ci ilin oktyabr ayında geniş mənada pul kütləsi 315,9 mln. manat və ya 1,5% artıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Eyni zamanda, manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 867,7 mln. manat və ya 8,13% artaraq 2017-ci il noyabrın 1-nə 11 546,7 mln. təşkil edib.




Ana səhifəyə qayıt        Baxış: 1 032          Tarix: 8-12-2017, 16:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma