Xəbər lenti

 

Həddindən artıq isti və nəmli havalar ürək-damar, ürək çatışmazlığı və yüksək təzyiqli şəxslərdə infarkt riskinin artmasına səbəb ola bilər.

Bunu türkiyəli kardioloq Onur Ərdoğmuş deyib. Onun sözlərinə görə, xüsusilə ciddi ürək xəstələri isti havalarda diqqətli olmalıdır:

"İsti hava xüsusilə ürək-damar sistemi üçün ziyanlıdır. İstidə damarlar genişlənir, ürək döyüntüsü artır, qan qatılaşır, damarlarda tromblar əmələ gəlir. Bütün bunlar ürək tutması, insult və infarkt riskini xeyli artırır. İsti hava vücudda su və duzun itirilməsinə səbəb olur ki, bu da xəstələrin orqanizminin zəifləməsinə gətirib çıxarır.

Yay aylarında istinin təsiri ilə ürək bədəndəki temperaturu tənzimləmək üçün daha çox çalışır və bu da ürək xəstələrində bəzi ciddi narahatlıqlar yaradır. Xüsusilə, bu, yaşı 50-dən yuxarı olan insanlara, siqaret çəkənlərə, artıq çəki və piylənmədən əziyyət çəkənlərə, şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri olanlara daha çox təsir edir. Belə xəstələr günəşin ən qızmar vaxtlarında çölə çıxmamalı, gün ərzində çoxlu su içməli, yağlı, duzlu və ətli yeməklərdən uzaq durmalıdır”. \\Medicina.az 




Ana səhifəyə qayıt        Baxış: 41          Tarix: 17-08-2019, 22:47      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent