Xəbər lenti

 

Bu gün Günəş tutulması baş verəcək.

Müxtəlif ölkələrdə aparılmış elmi araşdırmalar Günəş tutulmasının insan sağlamlığına olan güclü təsirini göstərib.

Belə ki, rus alimlərinin araşdırmasında iştirak edən ürək-damar sistemi xəstəlikləri olan insanların 70 %-də Günəş tutulması başlayandan 1 saat sonra arterial təzyiq artıb, damarlar daralıb, beyinin qanla təchiz olunması pozulub.

Statistika göstərir ki, Günəş tutulması günü, ondan 1-2 gün əvvəl və sonra ürək tutması, infarkt və insult kimi pozulmaların sayı artır.

Tək ürək-damar sistemi xəstələri deyil, sinir sistemi xəstələrində də Günəş tutulması zamanı xəstəliyin simptomları əksər hallarda kəskinləşir.

Bu hal həm Günəş tutulmasından 1-2 gün əvvəl, həm Günəş tutulması günü, həm də Günəş tutulmasında sonra 1-2 gün ərzində baş verir.

Bu səbəbdən ürək-damar və sinir sistemi xəstəlikləri olan insanlar bu günlərdə xüsusilə diqqətli olmalı, daha çox dincəlməli və yatmalı, yorulmamalı, yüngül yeməklər yeməli və kifayət qədər su içməlidir.

Həmçinin mütəxəssislər kontrast duş və yemişan cövhərini qəbul etməyi tövsiyə edirlər. Yemişan cövhəri ürək-damar sisteminə çox müsbət təsir edir, ürəyin fəaliyyətini tənzimləyir. Həkimlə məsləhətləşdikdən sonra cövhərin 20-30 damçısını gündə 2-3 dəfə olmaqla içmək lazımdır. /Saglamolun.Az/




Ana səhifəyə qayıt        Baxış: 1 095          Tarix: 21-08-2017, 19:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma