Xəbər lenti

 

ABŞ Azərbaycanı beynəlxalq terrorizmlə mübarizədə mühüm tərəfdaş hesab edir.

Ovqat.com Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirininin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuper deyib.

Azərbaycanda işçi səfərdə olan L.Kuper bu gün müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyevlə görüşüb.

Görüş zamanı qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi "Qətiyyətli Dəstək" missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 803          Tarix: 12-10-2017, 18:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma