Xəbər lenti
16-11-2019, 23:45
16-11-2019, 23:09

 

Böyük rus müfəkkiri Tolstoy deyirdi ki, hamı insanlığı dəyişmək istəyir, ancaq heç kim özünü dəyişmək haqqında düşünmür.


Həqiqətdir. Və sadə həqiqətdir. Hamı aynaya baxarkən, nəsə aynada bir nöqsan axtarmağa, onu sındırmağa çalışır, özündəki nöqsanı görmür, görmək istəmir və ya bunu qəbullana bilmir… 


Bütün bunları nəzərə alan yazıçı yazırdı ki, böyük həqiqətlər ən sadə olanlardır. Bütün sahələdə bilərdir. 


Dəyişiklik asatanasında olan ölkəmizdə də belədir. Son islahatlar, köhnə nəsil və düşüncənin fiaskosu da bunu aydın göstərir. 


Aynadan – güzgüdən söz düşmüşkən, böyük Zərdabi mətbuatı cəmiyyətin aynası sayırdı. O deyirdi ki, mətbuat cəmiyyətin nöqsanlarını göstərdikcə, cəmiyyət tərəqqiyə doğru addımlayır.

 

Related image 


Bəs Azərbaycanda necədir? 


Uzun-uzadı yazmayacağam. Bir neçə nüansa toxunmaq yetər. Ötən gün bir neçə deputat və media nümayəndəsi media və sosial şəbəkələrdə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyətini tənqid etdi. Onlar dövlət büdcəsindən vəsaitlər ayrılmış fondda yoxlamaların aparılmasını tələb edir, şəffaflıq istəyirdilər. 


Olmazmı? Qanunsuz tələbdirmi? Əsla. Bu onların hüququdur… 

 

Bəs onlara qarşı sosial şəbəkə və mediada aparılan kampaniya, qarayaxmalar, aqressiyalar nədir?


Səbəb aydındır. Köhnə düşüncə yerini vermək istəmir, yeniliyi daşla-kəsəklə qarşılayır. Halbuki deputat və media nümayəndələri dövlət büdcəsindən ayrılan vəsaitin, həmin pulların necə xərclənməsinin hesabatını istəyirdilər. Amma həmin şəxslərin fikirləri "Demokrat.az" xəbər portalında dərc ediləndən az sonra köhnə düşüncənin hədəfinə gəldik. Adəti üzrə onlar bizi də qərəzlilikdə ittiham edirdilər. 

 


Kimlər idi bunlar? Təbii ki, KİVDF-dən maliyyələşən, medianın inkişafı naminə heç bir addım atmayan, davamlı oxucu kütləsi olmayan qəzet və saytları azsayda tirajlayan, əvəzində qazandıqları pullarla özlərinə lüks həyat, dəbdəbəli məkanlar quran “muzdlu döyüşçülər”. 


Görün, vəziyyət hansı həddə çatıb ki, ölkə Prezidentinin apardığı böyük islahatları, gördüyü işləri, Birinci vitse-prezidentin humanist addımlarını tirajlayan, onları dəstəkləyən media orqanları da qərəzlilikdə ittiham edilir. 

 


Niyə? Çünki artıq dəyişim növbəsi özlərinə çatıb. Dövlətin pulları hesabına qurduqları xanimanların dağılmasından qorxurlar. Övladlarına xaricdə açdıqları biznesin ifşa olunmasından çəkinirlər. Ona görə də köhnə düşüncənin bir düşməni var: şəffaflıq. Amma unudurlar. Unudurlar ki, ölkə Prezidenti son müşavirədə etdiyi çıxışında dəyişimin mesajını məhz bir cümlə ilə verdi: "Biz köhnə təfəkkürlə uğurlara imza ata bilmərik".


Bu, ciddi mesajdır. İslahat dalğası isə davam edir. Bu həqiqətin isə heç vaxt inkarı yoxdur və olmayıb: dəniz dalğalandıqca çör-çöpü sahilə atır.

 

Image result for İlhamla irəli 


Bir sözlə, bir vaxtlar “İlhamla irəli” deyənlər indi dəyişim onlara çatandan geri qalırlar. Biz isə bu dəyişimlərdə məhz “İlhamla irəli”ləyəcəyik!


Vasif Həsənli

Demokrat.az xəbər portalının Baş redaktoru




Ana səhifəyə qayıt        Baxış: 69          Tarix: 26-10-2019, 20:10      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent