Xəbər lenti

 

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulun nəticələri elan olunub.

DİM-in mətbuat xidmətindən Ovqat.com-a verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 14 875 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 621 nəfər (o cümlədən 14 nəfər dövlət sifarişi əsasında*), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 7806 nəfər qəbul olub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı "Abituriyent" jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent" jurnalının 10-cu sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 22-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
*Dövlət sifarişi əsasında 1 nəfər Dinşünaslıq ixtisası üzrə "Naxçıvan" Universitetinə, 3 nəfər Aqronomluq ixtisası üzrə Azərbaycan Dövlət Aqrar Universitetinə, 5 nəfər Bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisası üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına, Baytarlıq ixtisası üzrə isə 3 nəfər Naxçıvan Dövlət Universitetinə, 1 nəfər Azərbaycan Dövlət Aqrar Universitetinə (rus bölməsi), 1 nəfər Lənkəran Dövlət Universitetinə qəbul olub. 




Ana səhifəyə qayıt        Baxış: 621          Tarix: 21-08-2017, 20:01      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent