Xəbər lenti

 

Bu gün Qüdsdə Məbəd dağındakı yeni təhlükəsizlik tədbirlərinə etiraz edənlərlə polis arasında baş verən iğtişaşlar nəticəsində 3 fələstinli ölüb. Bu barədə Fələstinin rəsmi “VAFA” agentliyi məlumat verib.

Məlumata görə, toqquşmalar nəticəsində 200-dən çox fələstinli xəsarət alıb.

İsrail polisinin məlumatına görə, iğtişaşlar zamanı 4 asayiş keşikçisi yaralanıb, 9 aksiyaçı saxlanılıb.

Kütləvi iğtişaşlara Əl-Əqsə məscidi yaxınlığında metal detektorlarının quraşdırılması olub. 




Ana səhifəyə qayıt        Baxış: 1 062          Tarix: 21-07-2017, 22:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma