Xəbər lenti

Qüdsdə İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən atışma nəticəsində 35 nəfər yaralanıb.

“Report” Haber7-yə istinadən xəbər verir ki, hadisə fələstinlilərin dəfn mərasimində olub.

Fələstinin Qızıl Ay Cəmiyyəti tərəfindən yayılan açıqlamaya əsasən, Məscidi-Aksa yaxınlığında Babul-Esbat bölgəsində İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma yaranıb. Məlumata görə, hərbçilərin mərasim iştirakçılarına qarşı plastik güllə və göz yaşaradıcı qaz tətbiq etməsi nəticəsində birinin vəziyyəti ağır olmaqla 35 nəfər yaralanıb.

İsrail KİV-i isə bildirib ki, ötən həftə Kineret gölündə boğularaq, ölən yeniyetmənin dəfn mərasiminin iştirakçıları əllərində Fələstin bayrağı tutaraq, yürüş keçirib və kütləni İsrailə qarşı silahlı müqavimətə çağırış edib. Onlar polisə tabe olmaqdan imtina ediblər. Bundan sonra asayiş keşikçiləri onların yürüşünü dağıtmağa başlayıb. Qüdsün polis idarəsi bu haqda bildiriş yayıb: “İsrail polisi dəfn mərasimindən milli məsələlərlə bağlı çıxışlar edərək, asayişi pozmağa imkan verməyəcək”.

 




Ana səhifəyə qayıt        Baxış: 932          Tarix: 3-07-2017, 13:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma