Xəbər lenti

  ABŞ Konqresinin iki demokrat üzvü Bred Şerman və El Qrin Rusiyanın seçkilərə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyinə görə prezident Trampın impiçmentinə çağırıblar.

TASS xəbər verir ki, bu barədə B.Şermanın yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi iddiaları barədə araşdırmanı Federal Təhqiqatlar Bürosu, Senat və Konqresin Nümayəndələr Palatasının  kəşfiyyat üzrə xüsusi komitələri aparır.  Bundan əlavə, may ayında Ədliyyə nazirliyi FTB-nin sabiq direktoru Robert Mülleri məsələ ilə bağlı xüsusi araşdırmaçı təyin edib. 




Ana səhifəyə qayıt        Baxış: 955          Tarix: 13-07-2017, 09:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma