Xəbər lenti

ABŞ diplomatlarını geri çağırdı: Səfirlik boşaldılır

ABŞ hökuməti Havanadakı səfirliyinin diplomatlarını ölkəyə geri çağırıb.

Publika.az xəbər verir ki, buna səbəb diplomatların kubalılar tərəfindən səs aparatları ilə hücumlara məruz qalmaları olub.

Kubalılar Amerika diplomatlarına səs aparatları ilə hücum edib və bunun nəticəsində onların səhhətində müxtəlif problemlər yaranıb.

Diplomatları qorumaq məqsədilə səfirliyi boşaldan Amerika hökuməti vətəndaşlarına Kubaya səyahət etməməyi tövsiyə edib. Çünki bənzər hadisə sadə vətəndaşlara qarşı da törədilib.

Vətəndaşlar heç bir səbəb olmadan eşitmə duyğusunu itirir, beyin sarsıntısı keçirir və ürəkbulanma, baş ağrısı kimi narahatlıqlardan şikayət edirlər.




Ana səhifəyə qayıt        Baxış: 554          Tarix: 30-09-2017, 14:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma