Xəbər lenti
13-05-2024, 20:31

 Kaliforniyada təbiət yanğınlar nəticəsində 100-dən çox adam xəsarət alıb, xeyli insana tüstüdən zəhərləndiyinə görə tibbi yardım göstərilib. 

Bu barədə "Report" "San Francisco Chronicle" qəzetinə istinadən xəbər verir.

"St. Joseph Health" xəstəxanasının nümayəndəsi Vanessa Deqienin sözlərinə görə, 12 yaralının vəziyyəti kritik olaraq qiymətləndirilir.

Bundan əlavə, 100-dən çox adamın itkin düşdüyü qeyd edilib.

Xatırladaq ki, daha əvvəl Kaliforniya ştatında meşə yanğınları nəticəsində azı 10 nəfərin öldüyü barədə məlumat verilmişdi.




Ana səhifəyə qayıt        Baxış: 676          Tarix: 10-10-2017, 10:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma