Xəbər lenti

Dubay Beynəlxalq Aeroportu "Emirates" aviaşirkəti ilə əməkdaşlıq çərçivəsində sərnişinlərin sifətinin tanınması sistemini tətbiq etməyi planlaşdırır.

Azərtac "hitech.newsru.ru" saytına istinadən xəbər verir ki, sərnişinlər bir növ akvariumu xatırladan dəhlizdən keçməli olacaq. Dəhlizin daxilində sifətin tanınması və gözün qüzehi qişasının skan edilməsi üçün təxminən 80 kamera quraşdırılacaq, divarlara proyeksiya edilmiş peyzajlar isə insanların başlarını döndərməsinə stimul verəcək ki, bu da tanıma dəqiqliyini artıracaq. Prosedurdan uğurlu keçən sərnişinə yaxşı yol arzulanacaq. Əks təqdirdə aeroport təhlükəsizlik xidmətinin əməkdaşlarını çağıran qırmızı siqnal çalınacaq.

Plana uyğun olaraq, 2018-ci ilin sonunadək aeroportun terminallarından biri yeni nəzarət sistemi ilə təchiz ediləcək və 2020-ci ilədək yeni sistem bütün terminallarda quraşdırılacaq. İstehsalçılar belə hesab edirlər ki, yeni nəzarət sistemi Dubay aeroportunda artmaqda olan sərnişin axını problemini həll edəcək




Ana səhifəyə qayıt        Baxış: 763          Tarix: 11-10-2017, 17:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma