26 noyabrda Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsinin iclasında ölkənin müdafiə naziri Yaşar Gülər Azərbaycan–Ermənistan danışıqları və Ankara–Bakı hərbi əməkdaşlığı barədə mühüm açıqlamalar verib.
Musavat.com xəbər verir ki, nazir bildirib ki, Azərbaycan Ordusunun yenidən qurulması çərçivəsində Türkiyə ilə əməkdaşlıq bütün istiqamətlərdə genişlənməkdə davam edir:
“Azərbaycan Silahlı Qüvvələrinin restrukturizasiyası çərçivəsində müdafiə sənayesi, kadr hazırlığı, yardım və məsləhətçilik sahələrində əldə etdiyimiz irəliləyiş böyükdür və davam edir.”
Yaşar Gülər həmçinin Vaşinqtonda Azərbaycan və Ermənistan arasında qeydə alınan iradəni yüksək qiymətləndirib:
“Vaşinqton görüşündə tərəflərin sülhə hazır olması bizi məmnun etdi. Bu addım, artan qlobal böhranlar fonunda Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün son dərəcə dəyərlidir. Ümid edirik ki, hərtərəfli sülh müqaviləsi ən qısa zamanda imzalanacaq.”
Türkiyə rəsmisi vurğulayıb ki, Ankara regionda sabitlik və sülhün təmin olunmasını strateji prioritet hesab edir və Azərbaycanı bu prosesdə tam şəkildə dəstəkləyir.
Paylaş:




























