"Ukraynanın, avropalıların razılığı olmadan böyük dövlətlər arasında əldə olunan anlaşma həqiqi, davamlı sülhün əsasını təşkil etməyəcək".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
"Birləşmiş Ştatların Ukrayna münaqişəsinin həlli ilə bağlı davamlı səylərini alqışlayıram. Bunu ABŞ Prezidenti Donald Trampa telefon danışığı zamanı da dedim. Müharibənin mümkün qədər tez bitməsini istəyirik. Amma Ukrayna, Avropa və Amerika ilə müttəfiqliyimiz üçün bu taleyüklü məqamda aydınlaşdırmaq istəyirəm ki, Avropaya aid məsələlər yalnız avropalılarla məsləhətləşmələr yolu ilə həll oluna bilər", - deyə kansler bildirib.
Almaniya lideri 2026-cı il üçün Ukraynaya yardımı daha 3 milyard avro artıraraq, ümumi məbləği 11.5 milyard avroya çatdırdıqları da vurğulayıb.
Paylaş:




























