Misirin şimalında yerləşən Ariş qəsəbə məscidində terror hadisəsi baş verib.
Ovqat.com Reuters xəbər agentliyinə istinadən xəbər verir ki, əvvəl partlayış verən məscidə daha sonra avtomat silahlardan atəş açılıb.
İlkin məlumatlara görə, terror hadisəsi nəticəsində ən azı 155 nəfərin ölüb, çox sayda yaralanan var.
Terror aktınının məsuliyyətini hələ ki boynuna götürən olmasa da, böyük ehtimalla, hadisəni İŞİD törədib. Zira qəsəbənin yerləşdiyi Sina yarımadası Misirdə İŞİD-in ən fəal olduğu bölgələrdəndir və ötən ildən etibarən yarımadada vaxtaşırı anti-terror əməliyyatları keçirilir. Partladılan məcsidə əsasən təhlükəsizlik qüvvələrini dəstəkləyən dindarların toplandığı xəbər verilir və bu, İŞİD-in qisası ehtimalını artırır.
Cümə namazı sırasında baş verən terror hadisəsində ölənlərin sayının xeyli artacağı ehtimal olunur.
Misir hökuməti hadisəylə əlaqədar 3 gün yas elan edib.
Paylaş: