Xəbər lenti

                             

Fransanın Milla rayonunda qatarın məktəb avtobusu ilə toqquşması nəticəsində 4 uşaq ölüb, 19 nəfər xəsarət alıb. “France Bleu”nın  verdiyi xəbərə görə, ölənlər 13-17 yaş arası məktəblilərdir.Məlumata görə, qəza Los Palaus qəsəbəsində dəmir yolu keçidində baş verib. Güclü zərbədən avtobus iki hissəyə bölünüb.Hadisənin təfərrüatları müəyyənləşdirilir.//APA




Ana səhifəyə qayıt        Baxış: 308          Tarix: 14-12-2017, 23:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma