Xəbər lenti

ABŞ-nin dövlət katibi Marko Rubio, rəsmi Moskvanın Vaşinqtonun üstünlük verdiyi addımları atmağa başlaması şərtilə, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların məhdud şəkildə yumşaldılmasının mümkün olduğunu bildirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə "The New York Times" qəzeti M.Rubionun avropalı diplomatlarla söhbətinə istinadən xəbər verib.

"ABŞ Prezidenti Donald Trampın Administrasiyası Moskvada nəzərəçarpacaq davranış dəyişikliyi olmadan Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək. Buna baxmayaraq, o, rusiyalıların administrasiyanın gözlədiyi addımları atmağa başlaması halında bəzi sanksiyaların məhdud şəkildə yumşaldılmasına "qapını" açıq qoyub", - deyə məqalədə qeyd olunub.




Ana səhifəyə qayıt        Baxış: 2 919          Tarix: Dünən, 18:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma