Xəbər lenti

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın nadir torpaq resurslarına girişin Vaşinqtona verilməsinə dair razılaşmanın ABŞ ilə müzakirəsi çərçivəsində bəyan edib ki, dövləti satmaq niyyətində deyil.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin "The Wall Street Journal" qəzeti məlumat paylaşıb.

Bildirilir ki, Birləşmiş Ştatların maliyyə naziri Skott Bessent Ukrayna lideri ilə Kiyevdə görüşərkən müvafiq sənədi ona tərəf yaxınlaşdıraraq imzalamasını tələb edib:

"Zelenski sənədə tez nəzər salaraq deyib ki, bunu komandası ilə müzakirə edəcək. Ardınca Bessent sənədi Zelenskiyə tərəf daha da yaxınlaşdırıb".

V.Zelenski vurğulayıb ki, bu, qeyri-ciddi söhbətdir: "Mən dövlətimizi sata bilmərəm".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp fevralın 15-də rəsmi Kiyevə ABŞ-yə Ukraynanın nadir torpaq ehtiyatlarının 50 faizinə çıxış imkanı verəcək razılaşma təklif edib.




Ana səhifəyə qayıt        Baxış: 3 650          Tarix: Dünən, 11:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma