Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, smartfonun kamerası ilə çəkilmiş şəkillər, tibbi müayinələrdə tətbiq edilən rəqəmsal təsvirlər informasiyanın ötürülməsində mühüm rol oynayır. Lakin bu şəkil və təsvirlərdə bir çox çatışmazlıqlar var. Yeni alqoritm isə təsvirin ideal görünməsi üçün səhvləri aradan qaldıra bilir.
ABŞ-ın Merilend Universitetinin alimləri zədələnən rəqəmsal təsvirlərə düzəlişlərin geniş spektrini tətbiq etməyə imkan verən süni neyron şəbəkələri əsasında yeni alqoritm hazırlayıblar. Tədqiqatçılar alqoritmi sınaqdan keçirmək məqsədilə yüksəkkeyfiyyətli təsvirləri qəsdən zədələdikdən sonra onların bərpası üçün həmin alqoritmdən istifadə ediblər. Əksər hallarda alqoritm təsvirləri əvvəlki vəziyyətinə qaytararaq rəqib metodları üstələyib.