Xəbər lenti

Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc Tbilisi şəhərində İrana dəstək aksiyası keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, İranın Gürcüstandakı səfirliyi qarşısında keçirilmiş aksiyada iştirakçılar İranda hakimiyyət əleyhinə təşkil olunmuş etirazları pisləyib. Gənclər "Allahu əkbər, Xamneyi rəhbər!" şüarı səsləndirib.

Səfirlik qarşısında eyni vaxtda İrandakı etirazları dəstəkləyən bir qrup iranlı da aksiya keçirib. Onların aksiyası "Xamneyi diktator, İranı tərk et!" şüarı altında keçib.

 

 




Ana səhifəyə qayıt        Baxış: 482          Tarix: 5-01-2018, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma