İranın dini lideri axund Əli Xamneyi yanvarın 2-də bir qrup “şəhid ailələri” ilə görüşərək, ona və onun başçılıq etdiyi hakim rejimə qarşı ölkədə keçirilən kütləvi etirazlara münasibət bildirib.
Xamneyinin etirazların 6-cı günündə üzə çıxaraq bir həftəlik susğunluğuna son qoyması diqqətləri özünə çəkib.
Öz çıxışında, xalqın hakimiyyətə qarşı üsyanının səbəblərinə və onun təfərrüatına toxunmayan Xamneyi İran şəhərlərində ona və islam respublikasına qarşı keçirilən etirazları xarici düşmənlə əlaqələndirib: “Düşmən həmişə fürsət dalınca gəzərək ölkəyə nüfuz etməyə və millətə zərbə vurmağa çalışıb. Lakin millətdə olan iman, fədakarlıq və şücaət, düşmənin öz niyyətini həyata keçirməsinə mane olub.
Son günlər, İran düşmənləri bir-biri ilə birləşərək, əllərində olan imkanlarla, o cümlədən də pul, silah, siyasət və təhlükəsizlik orqanları vasitəsilə bizim islami sistemimizə problem yaratmağa cəhd göstərdilər. Mənim ölkədə baş verən olaylarla bağlı deyiləsi sözlərim var və vaxtı gələndə onları əziz millətimizlə bir araya qoyacağam”.
Paylaş: