Xəbər lenti

"Türkiyə öz sərhədlərində terrorçuların nəzarəti altında olan zonanın formalaşmasına imkan verməyəcək və regionda terrorçuların ordu yaradılmasının qarşısını almaq üçün bütün zəruri addımları atacaq".

Bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantının yekunlarına dair qəbul edilən bəyanatda deyilir.

Sənəddə bildirilir ki, ölkənin sərhədləri, Türkiyə vətəndaşlarının və region əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi ilə ilk mərhələdə Suriyanın qərbindən təhdidlərin qarşısını almaq üçün təcili və qəti addımlar atılacaq.

“Türkiyə terrorçular tərəfindən təhdidlərlə qarşılaşarkən, NATO və ikitərəfli əlaqələr çərçivəsində müttəfiqinin Türkiyənin milli təhlükəsizliyini nəzərə almayaraq terrorçuları tərəfdaş elan etməsi təəssüf doğurur. Suriyada İŞİD terror təşkilatı ilə mübarizənin, demək olar ki, tam başa çatdığını nəzərə alaraq PYD-YPG terrorçularına köçürülən bütün silah və texnikanın təcili sürətdə qaytarılmasının vacibliyini vurğulayırıq”, – bəyanatda deyilir.

APA

 

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həftə ərzində Suriyanın Mənbic və Afrin bölgələrində PKK-nın Suriyadakı qolu PYD-YPG qüvvələrinə qarşı əməliyyatın keçirilə biləcəyini bəyan edib.  




Ana səhifəyə qayıt        Baxış: 655          Tarix: 18-01-2018, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma