Xəbər lenti

ABŞ və Avropa “üçlüyü” (Böyük Britaniya, Almaniya, Fransa) may ayınadək İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli İş Planına dəyişikliklər işləyib hazırlayacaq.

"RİA Novosti"nin verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibinin müavini Stiven Qoldsteyn bəyan edib.

“Artıq işçi qruplar yaradılıb. Biz sazişi daha əsaslı etməyə çalışacağıq. Bununla bağlı işlər mayın sonunadək yekunlaşmalıdır”, deyə S.Qoldsteyn qeyd edib.

Onun sözlərinə, görə işçi qrupun ilk görüşü ötən həftə Londonda baş tutub.

 Yanvarın əvvəlində ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyan edib ki,  Vaşinqton İranın nüvə proqramına dair daha uzunmüddətli sazişin bağlanmasını istəyir. 

“Biz uzun müddətə hesablanan sazişin tərəfdarıyıq. Əgər İran istifadəyə yararlı nüvə silahı və yaxud nüvə başlıqlı ballistik raketlər əldə etsə, ölkəyə qarşı bütün sanksiyalar dərhal bərpa olunmalıdır”, deyə M.Pens qeyd edib.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

APA




Ana səhifəyə qayıt        Baxış: 763          Tarix: 1-02-2018, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma