Xəbər lenti

"Bu iftiralar 2012-ci ildən bu yana həyatımı cəhənnəmə çevirib".

Bu fikirləri Fransanın sabiq prezidenti Sarkozi polisə verdiyi ifadəsində deyib.

Ötən gün polis tərəfindən saxlanılan sabiq prezidentin polisə verdiyi ifadələr artıq fransız mətbuatına sızıb.

Fransa mətbuatına sızan xəbərlərə görə, Sarkozi haqqında prezident seçkiləri kampaniyası zamanı qanunsuz maliyyə əldə etmə, korrupsiyaya yol vermə və Liviyadan maliyyə dəstəyi alma haqqında iddiaları rədd edib. O, deyib ki, bu iddialar 2012-ci ildən bu yana həyatını cəhənnəmə çevirib.

Sabiq prezident Qəzzafi ilə maliyyə alış-verişini rədd edərək maddi sübut olmadan ittiham edildiyini iddia edib.

Qeyd edək ki, Sarkozinin qələbə qazandığı 2007-ci il prezident seçkilərində Liviyanın rolu və qeyri-qanuni maliyyə əldə etməsinə dair xəbərlər 2012-ci ildə ortaya çıxıb. 2013-cü ildə isə bununla bağlı araşdırmalara başlanılıb. 2006-cı ilin sonu və 2007-ci ilin əvvəllərində Liviyadan Parisə 5 milyon avro nağd pul daşındığı təyin edilib. Bu pulun öncə Fransanın daxili işlər nazirinə, sonra isə Sarkoziyə verildiyi qeyd edilib/Teleqraf.com.

 




Ana səhifəyə qayıt        Baxış: 363          Tarix: 22-03-2018, 17:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma